Baş səhifə
Xəbərlər
Akademiya
DGKA-da SİD layihəsinin təqdimatı keçirilib

DGKA-da SİD layihəsinin təqdimatı keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) tələbələrin innovativ bacarıqların inkişafına yönəlmiş “OBA Startap, İnnovasiya və Dəstək (SİD)” layihəsinin təqdimatı keçirilib.
Tədbirdə açılış nitqi ilə çıxış edən Akademiyanın rəis müavini Anar Süleymanov bu təşəbbüslərin tələbələrin peşəkar inkişafına töhfə verdiyini bildirərək, biznes subyektləri ilə tərəfdaşlığın tədris prosesində mühüm rol oynadığını diqqətə çatdırıb.
Layihə meneceri Samir Qulamzadə iştirakçılara SİD layihəsinin əsas istiqamətləri, hədəfləri və tətbiq sahələri barədə məlumat verib. O, layihənin gənclər üçün yaradacağı imkanları və bu platforma vasitəsilə dəstəklənəcək ideyaları vurğulayıb.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.