Baş səhifə
Xəbərlər
Akademiya
Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızdan biri, Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı Quliyev Rəşad Rəşid oğlunun doğum günündə xatirəsi anılıb. Dövlət Gömrük Komitəsinin Akademiyasının əməkdaşları və tələbələri II Fəxri Xiyabanda şəhidin məzarını ziyarət edərək önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyub, əziz xatirəsini dərin ehtiramla yad ediblər. Həmçinin, Vətən müharibəsi qəhrəmanı, şəhid mayor Mansurov Elçin Elşən oğlu və baş leytenant Ələkbərov Telman İqdam oğlunun məzarları da ziyarət olunub.
Əməkdaşlar Akademiyanın rəhbərliyi və kollektivi adından şəhidin ailəsinə dərin hüznlə başsağlığı verib, onlara səbir diləyib, ərazi bütövlüyümüz uğrunda əsl qəhrəmanlıq nümayiş etdirərək canından keçən bütün Vətən şəhidlərinin hər zaman Azərbaycan tarixinin qəhrəmanları olaraq xatirələrdə yaşayacaqlarını bildiriblər.
Allah rəhmət eləsin!
Şəhidlər ölməz, Vətən bölünməz!