Baş səhifə
Xəbərlər
Akademiya
DGKA-da IELTS nəticələrinin semestr imtahanına tətbiqinə başlanılıb

DGKA-da IELTS nəticələrinin semestr imtahanına tətbiqinə başlanılıb

Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) xarici dil fənləri üzrə qiymətləndirmə sistemində yenilik tətbiq olunub. Artıq tələbələr beynəlxalq səviyyədə tanınan IELTS və etibarlı mərkəzlər tərəfindən keçirilən IELTS Academic MOCK (sınaq imtahanı) nəticələrinə əsasən semestr imtahanlarının yazılı hissəsindən müvafiq bal toplamaq imkanı əldə ediblər.
Bu təşəbbüs tələbələrin beynəlxalq dil sertifikatlarına sahib olmasını təşviq etməklə yanaşı, onların akademik və peşəkar inkişafına dəstək verməyi hədəfləyir.
IELTS nəticələri yüksək olan tələbələrə yazılı imtahanda iştirak etmədən həmin nəticələrin akademik qiymətləndirmədə nəzərə alınması imkanı yaradılıb. “Xüsusi məqsədlər üçün ingilis dili” (ESP) xarakterli fənlər üzrə şifahi ünsiyyət bacarıqları isə Akademiya tərəfindən ayrıca qiymətləndirilir (10 ballıq sistemlə).
UNEC Dil Mərkəzi tərəfindən DGKA-da təşkil olunmuş IELTS Academic MOCK imtahanından əvvəl “British Council”un nümayəndəsi Mətanət Əliyeva tələbələrə rəsmi IELTS imtahanı və onun prosedurları barədə məlumat verib.
Müraciət edən və imtahanda iştirak edən 41 tələbədən 12-si yazılı imtahanda iştirak etmədən, IELTS nəticələrinə əsasən müvafiq balın tətbiqi hüququnu əldə edib.