Baş səhifə
Xəbərlər
Akademiya
DGKA-da layihə işlərinin müdafiəsi başa çatıb

DGKA-da layihə işlərinin müdafiəsi başa çatıb

Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) IV kurs tələbələrinin təcrübə hesabatı/layihə işlərinin müdafiəsi başa çatıb. 2024/2025-ci tədris ilində bakalavriat səviyyəsi üzrə təhsillərini başa vuran “İqtisadiyyat” və “Beynəlxalq ticarət və logistika” ixtisaslarının tələbələrinin istehsalat təcrübəsi müddətində onlara gömrük fəaliyyəti ilə bağlı təyin edilmiş layihə işlərinin müdafiəsi keçirilib.
Hər iki ixtisas üzrə layihə işləri Akademiyanın “Gömrük işi və idarəetmə” kafedrasının müdiri Elvin Əlirzayevin sədrlik etdiyi Müdafiə Komissiyası tərəfindən qiymətləndirilib. Komissiyada Dövlət Gömrük Komitəsinin məsul əməkdaşları və Akademiyanın müəllimləri iştirak ediblər.
Müdafiədə çıxış edən Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov komissiya heyətini salamlayaraq müdafiə prosesi haqqında məlumat verib və Komissiyanın işinə uğurlar arzulayıb.
Komissiya sədri və üzvləri də çıxış edərək tələbələrə xoş arzularını çatdırıblar.
Daha sonra tələbələr layihə işlərinin mövzularına uyğun olaraq, müxtəlif sahələr üzrə hazırladıqları layihələri, araşdırma və təhlilləri özündə əks etdirən təqdimatlarla çıxış edib komissiyanın suallarını cavablandırıblar.