Təhsil ekspertləri DGKA-nın fəaliyyəti ilə tanış olublar
Dövlət Gömrük Komitəsinin Akademiyasında yaz semestrinin imtahan sessiyasının gedişatının izlənilməsi məqsədilə təhsil ekspertləri ilə görüş keçirilib.
Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov qonaqları salamlayaraq, Akademiyada elm və təhsil sahəsində həyata keçirilən layihələr, görülən işlər barədə məlumat verib, gənclərin şəhidlərimizin ruhuna hörmət və dövlətin inkişafına töhfə verəcək şəkildə yetişdirilməsinin vacibliyini vurğulayıb.
Tədbirdə Akademiyanın fəaliyyəti, beynəlxalq əməkdaşlıq sahəsində nailiyyət və prioritetləri haqqında təqdimat nümayiş olunub və Akademiyada tələbələrin biliyinin qiymətləndirilməsi mexanizmi haqqında videoçarx təqdim edilib.
Görüşdə Akademiyada mövcud tədris mühiti, qiymətləndirmə mexanizmləri və gələcək inkişaf perspektivləri barədə müzakirələr aparılıb.
Daha sonra ekspertlər ayrı-ayrı auditoriyalarda imtahan prosesini müşahidə edib, yaradılan şərait və infrastrukturla yaxından tanış olublar. Qonaqlar həmçinin, Akademiyada davam edən layihə işlərinin müdafiəsi prosesini də yaxından izləyiblər.