Baş səhifə
Xəbərlər
Akademiya
DGKA-da Gənc Xarici Dil Müəllimləri Birliyinin nümayəndə heyəti ilə görüş keçirilib
DGKA-da Gənc Xarici Dil Müəllimləri Birliyinin nümayəndə heyəti ilə görüş keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri Gənc Xarici Dil Müəllimləri Birliyinin təşəbbüsü ilə 2 ay ərzində keçirilən “General English Conversation” kursunu müvəffəqiyyətlə tamamlayıblar. Bu münasibətlə Gənc Xarici Dil Müəllimləri Birliyinin nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə çıxış edən Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov Birliyin təşəbbüsünü yüksək qiymətləndirərək bu cür layihələrin tələbələrin xarici dil biliklərinin artırılması, beynəlxalq ünsiyyət bacarıqlarının formalaşdırılması və peşəkar inkişafına töhfə verdiyini vurğulayıb, gələcəkdə də əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd edib.
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın Katibi, Gənc Xarici Dil Müəllimləri Birliyinin sədri Günay Əkbərova, sədr müavini Babək Rzazadə, Birliyin Xəzər rayon üzrə koordinatoru Rəhilə Rahimova tədbirdə çıxış edərək Birliyin əsas məqsədinin gənc müəllimlərin potensialının üzə çıxarılması, onların peşəkar inkişafına dəstək verilməsi və təhsilalanların keyfiyyətli dil təhsili almasına şərait yaratmaq olduğunu bildiriblər.
Müzakirələrdən sonra kursu müvəffəqiyyətlə tamamlayan tələbələrə sertifikatlar təqdim edilib.