Baş səhifə
Xəbərlər
Akademiya
DGKA-da layihə işlərinin müdafiəsi davam edir

DGKA-da layihə işlərinin müdafiəsi davam edir

Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) IV kurs tələbələrinin təcrübə hesabatı/layihə işlərinin müdafiəsi davam edir. 2024/2025-ci tədris ilində bakalavriat səviyyəsi üzrə təhsillərini başa vuran “Hüquqşünaslıq” ixtisasının tələbələrinin istehsalat təcrübəsi müddətində onlara gömrük fəaliyyəti ilə bağlı təyin edilmiş layihə işlərinin müdafiəsi keçirilib.
“Hüquqşünaslıq” ixtisası üzrə layihə işləri Akademiyanın “Hüquq və humanitar elmlər” kafedrasının müdiri Hakim Əzizovun sədrlik etdiyi Müdafiə Komissiyası tərəfindən qiymətləndirilib. Komissiyada Dövlət Gömrük Komitəsinin, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının məsul əməkdaşları və Bakı Dövlət Universitetinin müəllimləri iştirak ediblər.
Müdafiədə açılış nitqi ilə çıxış edən Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov komissiya heyətini salamlayaraq müdafiə prosesi haqqında məlumat verib və Komissiyanın işinə uğurlar arzulayıb.
Komissiya sədri və üzvləri də çıxış edərək tələbələrə xoş arzularını çatdırıblar.
Daha sonra tələbələr layihə işlərinin mövzularına uyğun olaraq, müxtəlif sahələr üzrə hazırladıqları layihələri, araşdırma və təhlilləri özündə əks etdirən təqdimatlarla çıxış edib komissiyanın suallarını cavablandırıblar.