Baş səhifə
Xəbərlər
Akademiya
Azad İqtisadi Zonalar və nəqliyyat dəhlizləri mövzusunda seminar keçirilib
Azad İqtisadi Zonalar və nəqliyyat dəhlizləri mövzusunda seminar keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasının “Gömrük işi və idarəetmə” kafedrasının təşkilatçılığı ilə “Azərbaycanın qlobal nəqliyyat dəhlizlərindən səmərəli istifadəsində Azad İqtisadi Zonaların rolu” mövzusunda elmi seminar keçirilib. Seminar Sumqayıt Dövlət Universitetinin professoru, UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisad elmləri doktoru Şəfa Əliyev tərəfindən təqdim edilib. Tədbirdə Akademiyanın professor-müəllim heyəti, tələbələri və Dövlət Gömrük Komitəsinin müxtəlif idarələrindən dəvət olunan gömrük əməkdaşları iştirak ediblər.
Seminarda Azad İqtisadi Zonalarla bağlı beynəlxalq təcrübə və regional nəqliyyat dəhlizlərindən istifadə imkanları barədə məlumat verilərək Azərbaycan gömrük xidmətinin tarixi, aparılan uğurlu gömrük islahatları barəsində müzakirələr aparılıb. Məruzədə AİZ-lərin ölkənin iqtisadi inkişafında rolu və praktik əhəmiyyəti sistemli şəkildə təhlil edilib.
Əsas məruzədən sonra sahə ekspertləri - Akademiyanın kafedra müdiri i.ü.f.d. Elvin Əlirzayev, əməkdaşı s.e.f.d. Şəbnəm Nuriyeva, müəllim Həsən Rəhimli və qonaq dinləyici i.ü.f.d. Elşad Səmədzadə AİZ-lərin nəqliyyat dəhlizləri boyunca yaradılması və bu sahədə perspektiv imkanlarla bağlı öz fikirlərini bölüşüblər.
Sonda iştirakçıları maraqlandıran suallar məruzəçi tərəfindən ətraflı cavablandırılıb.