Baş səhifə
Xəbərlər
Akademiya
DGKA ilə ÜGT-nin Avropa Regional Ofisi arasında görüş keçirilib

DGKA ilə ÜGT-nin Avropa Regional Ofisi arasında görüş keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) ÜGT-nin Avropa Regional Ofisinin rəhbəri Antoni Lo Parco ilə görüş keçirilib.
Görüşdə DGKA-nın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov Akademiyanın fəaliyyəti və inkişaf istiqamətləri barədə məlumat verib. O, Ümumdünya Gömrük Təşkilatı ilə mövcud əməkdaşlığın önəmindən söz açaraq bu tərəfdaşlığın gələcəkdə də Akademiyanın elmi, peşəkar və institusional inkişafına əhəmiyyətli töhfələr verəcəyini bildirib.
Regional Ofisin rəhbəri Antoni Lo Parco görüşün qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlıq əlaqələrinin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayaraq, birgə layihələrin həyata keçirilməsinin mümkünlüyünü qeyd edib.
Görüşdə tərəflər arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi və gələcək layihələrin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Qonaqlar həmçinin, Akademiyada yaradılan şəraitlə yaxından tanış olublar.