Baş səhifə
Xəbərlər
Akademiya
DGKA-nın rəhbərliyi və əməkdaşları “Nəqliyyat, tranzit və logistika” sərgisində iştirak ediblər
DGKA-nın rəhbərliyi və əməkdaşları “Nəqliyyat, tranzit və logistika” sərgisində iştirak ediblər
Bakı Ekspo Mərkəzində 22-ci Xəzər Beynəlxalq "Nəqliyyat, tranzit və logistika" sərgisi keçirilir.
Dövlət Gömrük Komitəsi ilə yanaşı ölkəmizin bir çox dövlət strukturlarının, yerli və xarici nüfüzlu yükdaşıma və logistika şirkətlərinin təmsil olunduğu sərgidə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov və Akademiyanın əməkdaşları da iştirak ediblər.
Sərgi çərçivəsində DGKA ilə “UNİSER Group”, “Sara logistics” və “M-trans” logistika şirkətləri arasında görüşlər keçirilib, qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlıq perspektivləri müzakirə edilib.
Qeyd edək ki, sözügedən sərgi Avrasiya məkanında nəqliyyat və logistika sahəsində müasir həllərin təqdimatı və peşəkarların görüşü üçün önəmli platformadır.