Baş səhifə
Elanlar
Dövlət Gömrük Komitəsinin Akademiyası təkrar ali təhsil almaq istəyən şəxslər üçün bakalavr səviyyəsi üzrə sənəd qəbulu elan edir.

Dövlət Gömrük Komitəsinin Akademiyası təkrar ali təhsil almaq istəyən şəxslər üçün bakalavr səviyyəsi üzrə sənəd qəbulu elan edir.

20.08.2021 18:38

Dövlət Gömrük Komitəsinin Akademiyası 2021/2022-ci tədris ilində təkrar ali təhsil almaq istəyən şəxslər üçün aşağıdakı ixtisaslar (bakalavr səviyyəsi) üzrə sənəd qəbulu elan edir:

Sıra

№-si

İxtisasın (proqramın)

şifri

İxtisasın (proqramın) adı

1.

050206

Hüquqşünaslıq

(yalnız gömrük orqanlarının əməkdaşları üçün)

2.

050401

Beynəlxalq ticarət və logistika

  • Akademiyada təkrar ali təhsil yalnız ödənişli əsaslarla qiyabi və ya distant (məsafədən) formada həyata keçirilir;
  • Təkrar ali təhsil üçün müraciət etmiş şəxslərin müvafiq ixtisaslara qəbulu Akademiya tərəfindən müəyyən edilmiş qaydada müsabiqə yolu ilə aparılır;
  •  Müsabiqədən uğurla keçənlər müqavilə yolu ilə müvafiq təkrar ali təhsil ixtisası üzrə tələbələr sırasına qəbul edilirlər;
  • Hər bir ixtisas üzrə təhsil haqqı Akademiya tərəfindən müəyyən edilir və müqavilədə nəzərdə tutulan qaydada ödənilir;
  • Təkrar ali təhsil müvafiq ixtisas üzrə bakalavr pilləsi üçün mövcud olan təhsil proqramındakı ümumi və ixtisas fənləri bölümlərini əhatə etməklə, tələbənin əvvəlcə aldığı təhsil proqramı ilə yeni ixtisasın təhsil proqramı arasındakı fərq nəzərə alınmaqla, Akademiya tərəfindən xüsusi hazırlanmış təhsil proqramları əsasında aparılır.

Təkrar ali təhsil almaq üçün müraciət edəcək şəxslər aşağıdakı linkdən istifadə edərək 2021-ci il sentyabr ayının 10-dək onlayn qaydada müvafiq formanı doldurmalıdırlar!

     Müraciət forması

Əlaqə məlumatları:

Telefon: (994 12) 404 12 00   (daxili:33 06, 33 38)

E-poçt: elave.tehsil@ascca.edu.az